İŞİD terror təşkilatı tərəfindən Bağdadın mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 165-ə çatıb.
Modern.az saytı xarici KİV-ə stinadla xəbər verir ki, terror hadisəsi nəticəsində 168 nəfər xəsarət alıb.
Son günlər İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatları davam etdirən İraq hökumət qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib. Hökumət qüvvələri Mosul ətrafında üç kəndi İŞİD terrorçularından təmizləyib. Əməliyyatlar zamanı xeyli terrorçu öldürülüb.