Modern.az

İraqda üç günlük matəm elan olunub

İraqda üç günlük matəm elan olunub

3 İyul 2016, 23:35

İraqın baş naziri Heydər əl-Abadi Bağdadın mərkəzində baş verən terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ötən gecə İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 165 nəfər ölüb, 168 nəfər yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.

 

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər