Modern.az

Türkiyədə daha bir terror aktı törədildi

Türkiyədə daha bir terror aktı törədildi

4 İyul 2016, 09:45

Türkiyədə PKK terrorçuları növbəti terror aktı törədiblər.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, terror aktı  Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarında həyata keçirilib.


Məlumata görə, Kızıltəpədəki  körpü PKK terrorçuları tərəfindən partladılıb.

Partlayıcı maddənin işə salınması ilə biri hamilə qadın və üç mülki vətəndaş ağır yaralanıb.

Yaralılar Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə baxış keçirən mütəxəssislər partlayıcının əl üsulu ilə hazırlandığını bildirib.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər