Şimali Koreya lideri Kim Çen In 40 kiloqram kökəlib və yuxusuzluqdan əziyyət çəkir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, 33 yaşlı dövlət başçısı tez-tez yemək yeyir və özünə qarşı qəsd təşkil oluna biləcəyindən qorxduğu üçün yuxusuzluqdan əziyyət çəkir.
“Həddən artıq qidalanma və spirtli içkilərin qəbulu onda xəstəliklərin yaranmasına yol açıb” – deyə mənbə məlumat verib.
Kim Çen In 2012-ci ildə 90 kiloqram idisə, 2014-cü ildə bu göstərici 120 kiloqrama, hazırda isə 130 kiloqrama qədər yüksəlib.
Şimali Koreyada piylənmə və kökəlmə elit ailələrdə ən böyük problemlərdən sayılır.
Vüqar İsmayılov