Modern.az

Azərbaycan vətəndaşı Türkiyədə 1 milyonluq zümrüdlə YAXALANDI

Azərbaycan vətəndaşı Türkiyədə 1 milyonluq zümrüdlə YAXALANDI

4 İyul 2016, 14:08

Türkiyənin İstanbul şəhərində ölkəyə qanunsuz olaraq külli miqdarda qiymətli daş-qaşlar keçirməyə cəhd edən Azərbaycan vətəndaşı həbs olunub.

Modern.az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, İstanbul polisi hava limanında çay paketlərində 5,5 kq zümrüd qaşlarını Türkiyə ərazisinə keçirmək istəyən şəxsi saxlayıb.

Azərbaycan vətəndaşı olan qaçaqmalçının keçirmək istədiyi qiymətli daşların ümumi dəyərinin  ən azı təqribən 1 milyon dollar məbləğində olduğu bildirilir.

Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə Birləşmiş Ərəb Əmirliklərindən gətirən mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimalı olunur.

Artıq faktla bağlı Türkiyə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aşılıb və istintaq başlanılıb.

İstintaq davam etdiyinə görə qaçaqmalçı Azərbaycan vətəndaşının asdı açıqlanmır.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər