İraqın baş naziri Heydar əl-Abadi həbsə məhkum olunan terrorçuların hamısının edam edilməsi ilə bağlı göstəriş verib.
Modern.az xarici mediaya istinadən bildirir ki, buna səbəb İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularının Bağdadda törətdiyi dəhşətli terror olub.
Həmin terror zamanı 213 nəfər həlak olub, 200-dən çox adam yaralanıb. Buna görə qəzəblənən baş nazir Ədliyyə Nazirliyinə həbs olunan bütün terrorçuların edam edilməsini tapşırıb.
Modern.az