Modern.az

Prezident öz mahnısı üçün klip çəkdirib - VİDEO

Prezident öz mahnısı üçün klip çəkdirib - VİDEO

4 İyul 2016, 17:17

Qırğızıstan prezidenti Almazbek Atambaev öz mahnısı üçün klip çəkdirib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, klipin əsasını Melisa Ubukeevanın "Sadə roman" filminin süjeti təşkil edir.

 

Lirik mahnıda prezident oxuyur: “Mən üzürəm və üzməkdə olacağam, mənə hələ ki əlləri çatmadı, amma mən yaşayıram, taleyin acığına yaşayacağam”.

 

Almazbek Atambaevin sözlərinə görə, “Taleyin acığına” mahnısı həyatında dəfələrlə ona kömək edib.

 

Qırğızıstan prezidenti həmişə musiqi və ədəbiyyatla maraqlanıb.

 

O 1983-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İndi isə Qırğızıstan Yazıçılarının Ədəbiyyat Fonduna rəhbərlik edir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər