Əfqanıstanın şərqində Qəndahar vilayətində təşkil olunan əməliyyatda 2 İŞİD komandiri öldürülüb.
Qəndəhar vilayəti qubernatorunun rəsmisi Ataullah Hoqyani NATO qüvvələrinə aid insansız hava vasitəsinin vilayətin Açın rayonunda təşkil etdiyi hava hücumunda İŞİD-in 2 mühüm komandiri - Molla Sacid və Ömər Hattabı öldürdüyünü deyib.
Hücumda komandirlərlə birlikdə 6 İŞİD döyüşçüsünün də öldürüldüyünü ifadə edən Hoqyani, əməliyyatların davam etdiyini bildirib.
Qəndəharın Kot rayonunda 2 gün əvvəl də İŞİD mövqeləri təşkil olunan hücumda 6 təşkilat üzvü öldürülmüşdü.
Mirmahmud KAZIMOĞLU