ABŞ-da Sara Marius və Li Rocers əkiz bacıları eyni gündə, eyni vaxtda, ancaq müxtəlif şəhərlərdə uşaq dünyaya gətiriblər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 35 yaşlı amerikalılar ilk övladlarını iyununu 30-da dünyaya gətiriblər.
Marius Kolorado ştatının Denevr, Rocers isə Kaliforniya ştatının La-Holya klinikalarında olublar. Uşaqlar bir saat fərqlə doğulublar, ancaq şəhərlər arasındakı zaman fərqinə görə belə məlum olub ki, körpələr eyni vaxtda – saat 1:18-də dünyaya gəliblər.
Mariusun Rid Cozef adlı oğlu, Rocersin Samanta Linn adlı qızı doöulub.
Marius bəyan edib ki, o, bacısı ilə hamilə qalmağı eyni vaxtda planlaşdırıblar. Bununlla yanaşı, o qeyd edib ki, əkizlər arasında olan xüsusi əlaqəni izah etmək çətindir.
Modern.az