İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində bir neçə gün bundan əvvəl törədilmiş terror aktında ölənlərin sayı 290 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə "Report" "Əl-Məyadin" telekanalına istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, hadisə nəticəsində xəsarət alanların sayı 180 nəfərə çatıb.
"Əl-Məyadin"in hadisə zamanı 17 nəfərin itkin düşdüyünü açıqlayıb. Həmin şəxslərin sonrakı aqibətindən bu günə kimi hər hansı xəbər yoxdur.
Modern.az