Modern.az

Lavrovun Bakı səfərinin vaxtı məlum oldu

Lavrovun Bakı səfərinin vaxtı məlum oldu

Ölkə

7 İyul 2016, 13:51

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin vaxtı məlum olub.

Modern.az saytının xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib.

Beləliklə, məlum olub ki, Sergey Lavrov iyulun 11-12-də Azərbaycana gələcək. Səfər zamanı Azərbaycan rəsmilərilə görüşlərdə Lavrovun əsas müakirə edəcəyi məsələlərdən biri də Qarabağ münaqişəsinin nizamlanması olacaq.




Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi