Ötən gün Amerikanın Dallas şəhərində qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz aksiyası keçirilən zaman polisə atəş açılmışdı.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli təhlükəsizlik qüvvələri 4 polisin ölümünə, 7-sinin yaralanmasına səbəb olan insidentlə bağlı 2 şübhəlini həbs edib.
Onlardan biri Dallas şəhərinin müxtəlif yerlərində partlayıcı qurğular yerləşdirdiyini və daha çox polis əməkdaşının ölümünə səbəb olacağını deyib.
Polislərin ölümündə şübhəli bilinən daha bir şəxsin fotosu ölkənin bütün telekanallarında yerləşdirilib.
Hazırda onun axtarışları aparılır.
Vüqar İsmayılov