Modern.az

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb

Ölkə

8 İyul 2016, 13:17

 

Azərbaycanda son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 132 min 607 uşaq doğulub.

 

Bu barədə Modern.az saytına Dövlət Statistika Komitəsindən məlumat verilib. 


Qeyd edilib ki, son beş ildə ən yüksək göstərici 2011-ci ildə olub və ondan sonrakı dövrlərdə rəqəmlərdə azalma müşahidə edilir.


2011-ci ildə 30983 uşaq, 2012-ci ildə 27031 uşaq, 2013-cü ildə 25069 uşaq, 2014-cü ildə 25486 uşaq, 2015-ci ildə 24038 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gəlib.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi