Modern.az

Belarusda “Google”dən istifadəyə görə vergi tutulacaq

Belarusda “Google”dən istifadəyə görə vergi tutulacaq

8 İyul 2016, 21:30

2017-ci ildə Belarusun Vergi Məcələsinə ölkə vətəndaşlarına elektron xidmət göstərən xarici şirkətlərə vergi tətbiqi ilə bağlı əlavələr edilməsi planlaşdırılır. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, siyahıya elektron kitablar və filmlər, oyunlar, musiqi əsərlərinin, mobil əlavələrin icrası daxil ediləcək.

“Bu biznes növü fəal inkişaf edir və biz qarşımıza dünya praktikasına əsaslanaraq büdcəyə belə fəaliyyətdən vergi tutulmasını məqsəd qoymuşuq”, - Belarusun vergilər və rüsumlar naziri İqor Klepça deyib.

Vergi qanunvericiliyinə dəyişiklik təklifi ən yaxın zamanda Belarusun Maliyyə Nazirliyinə göndəriləcək. Yaxınlarda Rusiya deputatları da qanunvericiliyə oxşar əlavəni təsdiqləyiblər. Təşəbbüs qeyri-rəsmi olaraq “Google”dən vergi” adlanır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?