“NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib. Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
Y.Stoltenberqin sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək: “Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək”.
Qeyd edək ki, iyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.
Modern.az