Modern.az

Mehriban Xanlarova intim şəkillərlə şantaj olunub? - AÇIQLAMA

Mehriban Xanlarova intim şəkillərlə şantaj olunub? - AÇIQLAMA

9 İyul 2016, 14:25

“Mən heç bir şantaj məsələsi ilə bağlı Binəqədi rayon Polis Idarəsinə şikayət ərizə verməmişəm və müraciət etməmişəm”.

Bu sözləri Modern.az saytına açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.

O, bildirib ki, haqqında yayılan bu xəbərlər yalandır:

“Yayılan bu tip xəbərlər yalandır. Heç kimdən heç yerə şikayət ərizəsi yazmamışam. Heç bir şantaj da yoxdur”.

Qeyd edək ki, “Report”un yaydığı məlumata görə, əməkdar artist Mehriban Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib. Qeyd edilir ki, Mehriban Xanlarova şikayət ərizəsində bir nəfərin onu şantajla hədələdiyini deyib. Əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağı ilə hədələyib. İddiaya görə, həmin şəxs Mehruban Xanlarovadan 500 manat pul tələb edir.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI