NATO 2017-ci ildə Əfqanıstanda 12 min hərbçi saxlamağı planlaşdırır.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Baş katib bildirib ki, bunun müqabilində Əfqanıstan NATO-ya islahatları davam etdirmək və korrupsiya ilə mübarizə aparmaq vədi verib:
"İslahatlar qadınlar da daxil olmaqla, insan haqlarını əhatə etməlidir. Əfqanıstandakı missiya qeyri-döyüş tapşırıqları yerinə yetirməklə davam edəcək.
NATO-ya üzv ölkələrin başçıları Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər.
Ağa AKİFOĞLU