Modern.az

Türkiyədə növbəti terror - Ölü və yaralı sayı artır - YENİLƏNİB

Türkiyədə növbəti terror - Ölü və yaralı sayı artır - YENİLƏNİB

Dünya

9 İyul 2016, 17:31

Türkiyədə növbəti dəfə polis binasına bombalı hücum həyata keçirilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə Mardin vilayətinin Artuklu rayonunun Cevizli kəndində baş verib.

Polis binasına partlayıcı quraşdırılmış avtomobillə hücum təşkil olunub.

Partlayış törədilən əraziyə xeyli sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Terrorçular avtomobili partlatdıqdan sonra jandameriya binasını atəşə tutublar.

 Nəticədə 1 hərbçi ölüb, 5 əsgər isə yaralanıb. Yaralılar Mardindəki xəstəxanaya yerləşdiriliblər.

Terror hücumu baş verən ərazi xüsusi təyinatlıların nəzarətindədir, əməliyyat axtarış tədbirləri davam etdirilir.


****

Son məlumata görə, PKK silahlılarının hücumu nəticəsində ən azı 2 nəfər həlak olub, 10 nəfər yaralanıb.


***


Türkiyənin Mardin vilayətində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı artıq 3 nəfərə çatıb. Onlardan ikisi əsgər, biri isə mülki vətəndaşdır. 36 nəfər isə yaralanıb. Onlardan 7-si hərbçidir və üçünün vəziyyəti ağırdır.


Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər