Modern.az

Britaniya hökuməti təkrar referendumu rədd etdi

Britaniya hökuməti təkrar referendumu rədd etdi

Dünya

9 İyul 2016, 17:49

Böyük Britaniya hökuməti krallığın Avropa İttifaqından çıxması ilə bağlı təkrar referendumun keçirilməsi ilə bağlı petisiyaya mənfi cavab verib.

 Modern.az-ın xəbərinə görə, petisiyaya cavab sənədin yerləşdirildiyi saytda dərc olunub.

Cavabda deyilir ki, bu cür səsvermələr baş nazir Devid Kemeronun da dediyi kimi, əsrdə bir dəfə baş tutur:

"Devid Kemeron iyunun 27-də parlamentdə çıxışı zamanı bildirib ki, 33 milyon insanın iştirak etdiyi referendum ölkə tarixinin ən böyük demokratiya təcrübələrindən biri oldu.

Qərara hörmətlə yanaşmaq lazımdır".

Qeyd olunur ki, hökumətin etirazına baxmayaraq, petisiya 100 mindən artıq səs topladığı üçün parlamentdə müzakirəyə çıxarılacaq.

 Təkrar referendumun keçirilməsi ilə bağlı petisiyanı 4 milyondan çox şəxs imzalayıb.

 Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda seçicilərin 51,9%-i Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər