Modern.az

Almaniya millisinin baş məşqçisi dəyişməyəcək

Almaniya millisinin baş məşqçisi dəyişməyəcək

Dünya

9 İyul 2016, 20:59

Almaniyanın futbol üzrə milli komandasının baş məşqçisi Yoahim Lev 2016-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı başa çatana qədər öz postunda qalacaq. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bununla belə alman komandasının kapitanı Bastian Şvaynştayger milli komandadakı çıxışını dayandıracaq.

 

Fransada təşkil olunan və yalnız final oyunu qalan Avropa çempionatının yarımfinalında Fransa ilə qarşılaşmada Almaniya 2:0 hesabı ilə məğlub olub. Almaniyanın tam üstünlüyü ilə keçən oyunun birinci hissəsinin son dəqiqəsində Şvaynştaygerin cərimə meydançasında əllə oynaması nəticəsində fransızlar onbir metrəlik cərimə zərbəsindən hesabı açmışdılar. İkinci hissədə həmin qolun müəllifi Antuan Qrizman ikinci dəfə fərqlənərək Fransanın finala çıxmasını təmin edib.

 

Dünya çempionatının seçmə mərhələsində Almaniya Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan və San-Marino milliləri iləqarşılacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?