Modern.az

ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib

ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib

Dünya

9 İyul 2016, 23:16

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) polis əməkdaşı silahlı qaradərili şəxsə bir neçə dəfə atəş açaraq öldürüb. Modern.az saytı xarici mediaya istinadən  xəbər verir ki, bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.

 

Yerli polisin məlumatına görə, insident iyulun 9-na keçən gecə baş verib. Məlumata görə, silahlı polisin tapançanı endirmək tələbinə məhəl qoymayaraq, onu asayiş keşikçilərinə tuşlayıb və buna görə öldürülüb.

 

Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Minesota və Luiziana ştatlarında iki qaradərili polis tərəfindən qətlə yetirilib. Bununla bağlı bir neçə şəhərdə baş vermiş iğtişaşlar zamanı 5 polis həlak olub, 7-si yaralanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər