İŞİD terrorçuları Suriyada məşhur olan dörd futbolçunu qətlə yetiriblər. Modern.az saytı Britaniyanın «Daily Mail» nəşrinə istinadən xəbər verir ki, öldürülənlər casusluqda ittiham olunublar.
Qeyd olunur ki, ölənləriun hamısı Suriyanın populyar «Əl-Şabab» klubunda çıxış ediblər. Onlar ittiham elan edildikdən sonra bir qrup uşağın gözü qarşısında başları kəsilməklə edam ediliblər.
Modern.az