Amerika hərbçilərinin məhv etdiyi dünyanın bir nömrəli terrorçusu Üsamə bin Ladenin oğlu ABŞ və müttəfiqlərindən atasını qisasını almağı vəd edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Hamza bin Laden bunu 21 dəqiqəli radio müraciətində bəyan edib.
“Biz sizə atəş açmaqda davam edəcəyik və ABŞ-da, eləcə də xaricdə Pakistan, Əfqanıstan, Suriya, İraq, Yəmən, Somali və digər müsəlman ölkələrinin xalqlarını məhv etdiyinizə görə tapacağıq”, - oğul bin Laden deyib.
O, əlavə edib ki, yaraqlılar ABŞ-a hücumları davam etdirəcəklər və bu yalnız atasının intiqamını almaqdan ötrü yox, həm də müsəlmanların müdafiəsi üçün ediləcək.
Üsəma bin Laden 2011-ci il mayın 2-də ABŞ hərbçilərinin xüsusi əməliyyatı zamanı Pakistanda öldürülüb. Məhz o 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terror aktlarına görə cavabdehliyi boynuna götürmüşdü.
Modern.az