Modern.az

Cənubi Sudanda ölənlərin sayı 270-ə çatıb

Cənubi Sudanda ölənlərin sayı 270-ə çatıb

10 İyul 2016, 21:05

Cənubi Sudanın mərkəzi şəhəri Cubedə silahlı toqquşmada dünyasını dəyişənlərin sayı artıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar nəticəsində ölənlərin sayı 270 nəfərə çatıb.

Yayılan rəsmi məlumatlara görə, toqquşma prezident Salva Kiirin tərəfdarları ilə keçmiş qiyamçıların başçısı Riek Maşarı dəstəkləyənlər arasında baş verib.

Məlumatda bildirilib ki, hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi rayonda olub.

Qeyd edək ki, 2013-cü ilin dekabrında prezident Salva Kiir müavini Riek Maşarı tutduğu vəzifədən azad edib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər