Modern.az

Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə bir arada

Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə bir arada

10 İyul 2016, 21:18

Fransanın paytaxtı Parisdə yerləşən Azərbaycan mədəniyyət mərkəzində SOCAR-ın təşkilatçılığı ilə ziyafət təşkil edilib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, mərasimə SOCAR prezidenti də qatılıb. Azərbaycan Futbol Fedrasiyasının rəhbəri Rövnəq Abdullayevlə  yanaşı, mərasimdə FİFA prezidenti Canni İnfantino, UEFA və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri eləcə də Avropa futbolunun keçmiş ulduzları hollandiyalı Ruud Qullit və italiyalı Kristian Vyeri iştirak edib.

 

Məlum olduğu kimi, SOCAR UEFA tərəfdaşı və başa çatmaqda olan Евро-2016-nın əsas sponsorlarından biridir

 

3 min kvadrat metr sahəni əhatə edən Azərbaycan mədəniyyət mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər