Moskvanın cənub-qərbindəki supermarketlərdən birinin mühafizəçisinə hücum edən azərbaycanlını polis əməkdaşları saxlayıblar. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, R.Ağayev təqsirini boynuna almayaraq onun 5 min rublunun mağazada oğurlandığını iddia edib.
Oğurluqda zərərçəkən təhlükəsizlik xidmətinin əməkdaşının hansı rolu oynadığını isə kişi dəqiqləşdirməyib.
“Mən hücum etməmişəm, bankomatdan 5 min rublumu mənim pulumu oğurlayıblar. Bir andaca oğurlayıblar”, - R.Ağayev deyib.
Bundan əvvəl məlumat verilib ki, xarici görünüşcə 60-a yaxın yaşı olan kişi mağazaya girib təhlükəsizlik xidmətinin əməkdaşını soruşaraq bank kartına harada pul qoymağın mümkün olduğunu soruşub. Söhbət zamanı o, mühafizəçiyə bıçaqla zərbə vurub. Hücum edənin anındaca supermarketin müştəriləri tutub, yaralı isə xəstəxanaya aparılıb.
Modern.az