Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze bəyan edib ki, onun Gürcüstan vətəndaşlığından məhrum edilməsi ilə bağlı proses başlayıb. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, Dekanoidze Milli Polisə 2015-ci ilin noyabr ayından rəhbərlik edir.
Ukraynanın “Vətəndaşlıq haqqında” qanununa görə, əcnəbi bu ölkədə iki il dövlət xidmətində iki pasportla işləyə bilər. Gürcüstan qanunvericiliyində isə qeyd edilir ki, xarici ölkə polisində işləyən adam bu ölkənin vətəndaşı ola bilməz.
Modern.az