Somalidə hərbi bazaya hücumu nəticəsində xeyli hərbçi həlak olub.
Modern.az-ın xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb.
Bazaya hücum paytaxt Moqadişodan cənub-qərbində baş verib. Silahlı hücumu "Əl-Şabab" qruplaşmasının silahlı yaraqlıları ediblər.
"Əl-Şabab" silahlıları partlayıcılar yerləşdirilmiş avtomobillə bazanın qapısını dağıtdıqdan sonra içəri daxil ola biliblər.
Hücuma görə, qruplaşma məsuliyyəti tam üzərinə götürüb. "Əl-Şabab" tərəfdarlarının yaydığı məlumata görə bazaya hücum zamanı 30 hərbçi öldürülüb.
Ağa AKİFOĞLU