ABŞ-ın müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib.
Modern.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın müdafiə naziri İraqa baş nazir əl-Abadi ilə İŞİD-lə birgə mübarizə və Mosulun terrorçulardan azad edilməsi planları haqqında danışmaq üçün gedib.
Amerikalı nazir səfər çərçivəsində İraqın baş naziri Hayder əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi ilə görüşəcək.
Görüşdə əsas müzakirə mövzusu İŞİD terror qruplaşması ilə mübarizə olacaq.
Bununla bağlı Eşton Karter İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiya qüvvələrinin komandanı Şon Makfarlandla görüş keçirəcək.
Ağa AKİFOĞLU