Gürcüstanın Ahalkalaki rayonunun Vaçian kəndində erməni ailəsi öz evində öldürülüb. Modern.az xarici mediaya istinadən bildirilir ki, öldürülənlər 37 yaşlı ana və onun 7, 16, 18 yaşlı üç övladıdır.
Onların meyitlərini qonşu aşkar edib. İlkin məlumata görə, onlar meyitlər aşkarlanandan bir neçə gün öncə öldürülüblər.
Ana və qızlarının ölümünə səbəb küt alətlə başlarına vurulan zərbələr olub. Oğlan isə boğulub. Ailə başçısının çörəkpulu qazanmaq üçün Rusiyaya getdiyi bildirilir.
Modern.az