Fransada başa çatan futbol üzrə Avropa Çempionatının qalibi Portuqaliya UEFA-dan 25,5 milyon avro alacaq. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə göörə, finalda məğlub olan Fransaya veriləcək məbləğ 23,5 milyon avrodur.
Avropa çempionatının final mərhələsinə qatılan hər ölkənin millisinə UEFA-dan 8 milyon avro ödəniləcək. Qrup mərhələsinin hər oyunundakı qələbəyə görə bu məbləğ 1 milyon, heç-heçəyə görə 500 min avro müəyyənləşdirilib.
Portuqaliya tarixində ilk dəfə Avropa çempionu olub. Finalda portuqaliyalılar Fransanı 1:0 hesabı ilə məğlub ediblər.
Modern.az