Modern.az

Nazirliyin xətti ilə büdcəyə 3 milyarddan çox vəsait daxil olub

Nazirliyin xətti ilə büdcəyə 3 milyarddan çox vəsait daxil olub

İqtisadiyyat

11 İyul 2016, 16:10

2016-cı ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin məbləği açıqlanıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, 6 ay ərzində büdcəyə 3 milyard 190 milyon 139,33 min manat vəsait daxil olub, proqnoz tapşırığına 102 faiz əməl edilib.

Hesabat dövründə 53 min 221 vergi ödəyicisi qeydiyyata alınıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal