Türkiyə hüquq-mühafizə orqanları xeyli vaxtdır 48 İŞİD-çini rəsmi şəkildə axtarışa verdi.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, axtarışa verilən 48 İŞİD üzvü arasında 1987-ci il təvəllüdlü Məmmədova Ülkər adlı azərbaycanlı qız da var.
Türkiyənin Daxili İşlər Nazirliyi axtarışa verilmiş İŞİD üzvlərinin siyahısını da tərtib edib. Belə ki, yeni siyahıda axtarışda olan ən çox Türkiyənin Adıyaman , Qaziantep, Adana kimi bölgələrindən olan terrorçulardır.
Axtarışa verilmiş İŞİD-çilərin arasında əcnəbi vətəndaşlarla yanaşı, Qazaxıstan və Almaniyadan olan qadın terrorçular da var.
Axtarışa verilmiş İŞİD-çi terrorçuları zərərsizləşdirənə 51 milyon lirə, yəni 25 milyon dollardan çox mükafat təyin edilib
Axtarışda olan İŞİD üzvləri arasında İŞİD-in Türkiyə üzrə əmiri Mustafa Mol, keçmiş əmir İlhami Balı, Dəniz Böyükçələbi, Mustafa Dokumacı və 8 qadın da var.
Ağa AKİFOĞLU