Kemeronun istefasından sonra İngiltərənin yeni baş nazirinin Teeresa May olacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə Mühafizəkarlar Partiyasının lideri və yeni baş nazir olmaq üçün seçkilərdə iştirak edən iki addan biri olan enerji naziri Andrea Leadsom namizədliyini geri götürüb. Avropa Birliyi (Aİ) referendumu sonrası istefa qərarı verən və vəzifəsini oktyabrda bitirəcəyini açıqlayan Devid Kemerondan sonra yeni baş nazir Teresa Mayın olması gözlənilir.
Leadsom namizədliyini geri götürdüyünü açıqlayarkən "Teresa Maya uğurlar arzulayıram və dəstəyimi verirəm" ifadələrini deyib.
Qeyd edək ki, əgər Teresa May seçkilərdə qalib gəlsə? Marqaret Tetçerdən sonra Britaniyanın ikinci qadın baş naziri olacaq.
Mirmahmud KAZIMOĞLU