Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin nəvəsi dünyaya gəlib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bu haqda özünün Facebok səhifəsində məlumat verib.
“Bir saat əvvəl mənim nəvəm doğulub. Hədsiz xoşbəxtəm. Mənim balaca qızıma Gürcüstanın vahidliyi uğrunda sağlamlıq və xoşbəxtlik arzulayıram”, - prezident yazıb.
Qeyd etmək lazımdır ki, onun indiki həyat yoldaşı birinci ledi Maka Çiçua prezidentin üçüncü arvadıdır. Onun birinci arvadından Anna adlı 24 yaşlı qızı var. Rəssam və aktrisa Maka Çiçuanın da birinci nikahdan qızı var.
Modern.az