Modern.az

Lavrov Bakıda Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşmasından DANIŞDI

Lavrov Bakıda Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşmasından DANIŞDI

12 İyul 2016, 11:39

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Rusiya-Türkiyə əlaqələrinin normallaşması məsələsi də müzakirə mövzusu olub. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı S.Lavrovla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Bakı Azərbaycanın qonşuları arasında mehriban əlaqələrin qurulmasını alqışlayır.

S.Lavrov öz növbəsində qeyd edib ki, Rusiya və Türkiyə arasında əlaqələrin yaxşılaşması Suriya böhranının aradan qaldırılması məsələsinə müsbət və səmərəli təsir edəcək.

Rusiya və Azərbaycan arasında əlaqələrə toxunan S.Lavrov əlavə edib ki, heç bir təcililik və konyuktura ona təsir etmir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər