Çinin Şandun əyalətinin sakini yeni doğulan 4 övladına Syaodun (Şərq), Syaonan (Cənub), Syaosi (Qərb) və Syaobey (Şimal) adlarıbı qoyub. Modern.az xarici mediaya istinadən bildirir ki, iki cüt doğulan (ikisi qız, ikisi oğlan) körpələr bu il iyulun 4-də dünyaya gəliblər.
27 yaşlı ana Li Tsyuan müəllimə işləyir, o, bir neçə il əvvəl ərə gedib. Ərlə-arvad uşaqları olmasını çox istəsələr də, bu illərdə alınmırdı. Li Tsyuan həkimin məsləhəti ilə dərman qəbul etməyə başlayıb və ötən ilin noyabr ayında hamilə qalıb.
Hamiləliyinin 9 həftəliyində ona 4 övladı olacağını deyiblər. Köprələr qeysəriyyə əməliyyatı vasitəsilə - vaxtından əvvəl, 33-cü həftədə doğulublar. Ən balacasının çəkisi 1,75 kiloqramdır. Onların səhhətində bəzi problemlər olduğundan bir aya yaxın xəstəxanada nəzarət altında saxlanacaqlar.
Modern.az