Modern.az

Türkiyə Rusiya ilə dostluqdan 10 milyard dollar qazanacaq

Türkiyə Rusiya ilə dostluqdan 10 milyard dollar qazanacaq

12 İyul 2016, 16:05

Yaxın iki ildə Türkiyə Rusiya ilə əlaqələrin bərpasına görə 10 milyard dollar əldə edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Ata İnvest” investisiya şirkəti hesablayıb.

“Biz hesab edirik ki, iki ölkə arasında ikitərəfli ticarət-iqtisadi əlaqələr mövcud problemlərin həllindən sonra yaxşılaşacaq”, -  sənəddə qeyd edilir. Türkiyənin əlaqələrin tam bərpasından sonrakı gəliri ildə 4,5-5 milyard dollar qiymətləndirilir.

“Ata İnvest”in ekspertləri onu da qeyd edirlər ki, Türkiyə dünyanın ən təhlükəli regionlarından birində yerləşir və ölkənin faktiki olaraq sakit vaxtı olmur.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər