İctimai fəallar Ukrayna Ali Radasının qarşısında deputatların tətilə getməməsi çağırışı edərək aksiya keçiriblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, etirazçılar parlamentarilar üçün improvizasiya çimərlik şezlonqu, çətirlər və hovuz ilə təchiz ediblər ki, iclaslarda iştirak etmək şərti ilə dincələ bilsinlər.
Aksiya iştirakçıları əllərində “Stabil işlə - sakit istirahət et”, “Əvvəlcə islahatlar, sonra tətil” yazılan plakatlar tutublar.
İyulun 11-də spiker Andrey Parubiy parlamentin sentyabr ayına qədər fasiləsiz işləməsi təklifi ilə çıxış edib. Ancaq deputatlar təklifi dəstəkləməyiblər. Yaxın günlərdə həmin məsələnin səsverməyə çıxarılacağı gözlənilir.
Parlamentin sessiyası iyulun 15-də başa çatmalıdır.
Modern.az