Bu gün iyulun 13-də Böyük Britaniyanın baş naziri dəyişəcək.
Modern.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, 6 ildir ki, Böyük Britaniya hökumətinə başçılıq edən Devid Kemeron bu gün istefaya gedəcək. Onu Mühafizəkarlar Partiyasının yeni lideri xanım siyasətçi Tereza Mey əvəz edəcək.
59 yaşlı Tereza Mey 2010-cu ildən Britaniyanın daxili işlər naziridir.
Bununla da,"Dəmir ledi" Marqarit Teteçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra birləşmiç krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.
Xatırldaq ki, iyunun 24-də Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumda 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edərək avrozonadan çıxmaq qərarını qəbul etmişdi.
Bundan sonra isə baş nazir Devid Kemeron bu qərarın britaniyalıların qərarı olduğunu bəyan edərək, istefa verəcəyini açıqlamışdı.
Daxili işlər naziri Tereza Mey baş nazir postuna yeganə namizəd idi.
Ağa AKİFOĞLU