İraqın paytaxtı Bağdadın şimalında növbəti terror aktı törədilib.
Modern.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.
Terrorçu-kamikadze Bağdadın Ər-Rəşidiyyə bölgəsində təhlükəsizlik xidmətinin nəzarət-buraxılış məntəsində yaxınlığında partlayıcı qurğu yerləşdirilmiş avtomobili partladıb.
Terror aktında 7 nəfər ölüb və 11 nəfər xəsarət alıb. Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.
Xatırladaq ki, bir gün əvvəl - iyulun 12-də də Ər-Rəşidiyyə bölgəsindəki ərzaq bazarında oxşar terror aktı törədilmişdi.
Həmin terror aktında da 9 nəfər həyatını itirmiş, 30-dan çox adam yaralanmışdı.
Ağa AKİFOĞLU