Modern.az

Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxundu

Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxundu

13 İyul 2016, 17:17

Azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirən milliyətcə erməni, qaydasız döyüş üzrə idmançı Tiqran Çiçakyana hökm oxunub.

 

Modern.az-ın xarici Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hökmü Rusiyanın Yekaterinburq şəhər məhkəməsi oxuyub.

 

Məhkəmənin bu gün çıxardığı hökmə əsasən, Tiqran Çiçakyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə  9 il müddətinə azadlıqdan məhrum edilib.


Xatırladaq ki, azərbaycanlı futbolçu Emil Hüseynov keçən il Yekaterinburqdakı davada Tiqran Çiçakyan tərəfindən öldürülmüşdü.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər