Minsk hava limanının uçuş-enmə zolağında iki təyyarə toqquşub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün şimşəklə müşayiət olunan güclü leysan yağışı zamanı baş verib. Təyyarələrdən biri “Belavia” şirkətinə məxsusdur, digərinin aid olduğu şirkət dəqiqləşdirilir. Xoşbəxtlikdən toqquşma zamanı təyyarənin göyərtəsi boş olub, heç kim xəsarət almayıb.
Modern.az