Modern.az

Şotlandiyada Brexit-lə bağlı xüsusi komissiya yaradılıb

Şotlandiyada Brexit-lə bağlı xüsusi komissiya yaradılıb

13 İyul 2016, 20:55

Şotlandiyada Böyük Britaniya Avropa İttifaqından çıxan zaman regionun maraqlarını müdafiə edəcək xüsusi ekspertlər komissiyası yaradılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.

N.Stercen Londondakı mətbuat konfransında deyib: "Mən iqtisadi, diplomatik, qanunverici ekspertiza ilə məşğul olacaq ekspertlər komissiyası təyin etmişəm. Komissiya ilk dəfə sabah Edinburqda görüş keçirəcək".

 

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağa səs verib. Bununla belə, şotlandların böyük hissəsi ittifaqın üzvü kimi qalmaq tərəfdarı kimi çıxış ediblər.

Bundan sonra N.Stercen müstəqilliklə bağlı yeni referendumun keçiriləcəyini istisna etmədiyini söyləmişdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər