Çinin Tsyantszin dairəsinin 367 ailə yaşayan kəndində 39 cüt əkiz var. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu inanılmaz fakt artıq bir neçə ildir davam edir.
Kəndin ən yaşlı əkizlərinin artıq 89 yaşları var, ən balacası isə 9 aylıqdır. Bu anomal zonada hər 10 evdən birində əkizlər var.
Həkimlər hələ ki baş verən bu inanılmaz faktın səbəbini aydınlaşdıra bilmirlər, ancaq onlar Çin qadınlarının tez-tez istifadə etdikləri preparatların təsirindən şübhələnirlər.
Ölkədə əkizlərin doğulması xoş əlamət hesab edilir. Bundan əlavə, Çin qadınları əmindirlər ki, bir dəfəyə iki uşaq doğmaq bir-bir doğmaqdan daha yaxşıdır.
Modern.az