Modern.az

“İŞİD-in Əfqanıstan və Pakistandakı lideri məhv edlib”

“İŞİD-in Əfqanıstan və Pakistandakı lideri məhv edlib”

13 İyul 2016, 23:11

ABŞ Hərbi-Hava Qüvvələri hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistandakı lideri Ömər Xəlifəni məhv edib. Modern.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

 

Onun sözlərinə görə, hava zərbəsi Nanqarxar əyalətində endirilib: “Ömər Xəlifə ilə birgə  “İŞİD-Xorasan” qruplaşmasının 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən  hücumlara bilavasitə rəhbərlik edib”, deyə P.Kuk bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər