Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 mlrd. 133,8 mln. manat vəsait daxil olub.
Modern.az saytı Dövlət Statistika Komitəsinin rəsmi məlumatına istinadən bildirir ki, hesabat dövründə büdcədən 6 mlrd. 821,5 mln. manat vəsait xərclənib.
Beləliklə, büdcənin icrasında 687,7 mln. manatlıq kəsir yaranıb ki, bu da ümumi daxili məhsulun 2,5%-inə bərabərdir.
Gülşən RAUFQIZI