Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni Baş naziri Tereza Mey 4 naziri istefaya göndərib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti xəbər yayıb.
İstefaya göndərilənlər ədliyyə naziri Maykl Qouv, Lankaster hersoqluğunun kansleri Oliver Letuin, mədəniyyət, kütləvi informasiya vasitələri və idman naziri Con Uittinqdeyl, təhsil və eyni zamanda qadın və bərabərlik işləri naziri Niki Morqandır.
Modern.az