Modern.az

Türkiyə ilə Suriyanın ticarət əlaqələri bərpa olunur

Türkiyə ilə Suriyanın ticarət əlaqələri bərpa olunur

14 İyul 2016, 20:13

Türkiyə ilə Suriya arasında ticarət əlaqələri bərpa olunub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Hatay vilayətindən Suriyaya ixracat qarşılığında idxala icazə verilib. İznin verilməsinin ardından Cilvəgözü Sərhəd Qapısından bu gün ilk dəfə olaraq 1000 ton kartof və quru soğan Suriyaya ixrac olunub.

İki ölkə arasında ticarət əlaqələrinin bərpasına Türkiyənin Gömrük və Ticarət Nazirliyi icazə verib. Suriyadan pambıq, mərcimək, paxla kimi məhsulların idxlanın qarşılığında Türkiyədən həmin ölkəyə kartof, soğan, ixrac ediləcək.

 

Qeyd edək ki, Türkiyə ilə Suriya arasında idxal-ixrac prosesi iki ildir dayanıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər