Tunisin Müdafiə Nazirliyinə məxsus helikopter qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, bu barədə respublikanın milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Report”un məlumatına görə, hadisə təlim uçuşu zamanı, ölkə paytaxtından 270 kilometr cənub-şərqdə, Sfaks vilayətində baş verib. Qəza nəticəsində iki hərbçi həlak olub.
Hadisənin başvermə səbəbləri hələlik aydın deyil.
Modern.az